1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan, arxasında köklü bir mirası, zəngin mədəniyyət dəyərlərini, güclü bir potensialı saxlayır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Dil bir millətin mənəvi gücünün aynasıdır. Milli birliyin və bütövlüyün təməl daşıdır və var olmağımızın təminatı, müstəqilliyimizin əbədi güvəncəsidir. Bir millətin vətəni o millətin dilidir. Dil millətin mədəniyyət dəyərlərini təşkil edir . Var olmağımızın yeganə zirehi, aydınlıq üfüqümüzün müjdəsi, millət olma halımızın mükafatıdır. İnsanlar hər cür biliyini və təhsilini ən yaxşı, sürətli və ən rahat ana dilində öyrənə bilərlər. Mədəniyyətlərə və sivilizasiyalara edilən hücumlar əvvəlcə dildən başlayır. Azərbaycan Dili əsrlərdir çox geniş bir coğrafiyada yayğın olaraq danışılan köklü və müqəddəs bir dildir . Azərbaycan Dili dünyanın ən qədim, ən geniş danışılan və ən zəngin dillərindən biridir. Dil milləti yaşadan bir ünsürdür. Ədəbiyyat, incəsənət, elm – texnika, dünya görüşü, mənəviyyat anlayışı, musiqi keçmişdən bu günə yalnız dil vasitəsilə ötürülür. Dövlətin və millətin gücü də ana dildir. Dil bir millətin ən vacib elementidir. Bir millət öz dilini itirəndə, azadlığını da itirir. Bu fikir MS 8-ci əsrdə Göktürk Hakan Bilge Kağan tərəfindən Orxon kitabələrində açıq şəkildə bildirilmişdir . Öz dillərini qoruya bilməyən millətlər zamanla milli hisslərini itirirlər. Ona görə də ana dili qorumaq vətəni qorumaqla eynidir. Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yalnız dil vasitəsi ilə qoruya bilərik. Dilimiz milli ruhumuz kimidir. Min illər əvvəl, Divani Lügati Türk adı ilə təxminən 10 min sözdən ibarət bir lüğət yazılmışdır. Bu münasibətlə, Türk dilində ən qədim iki mənbədən biri olan bu əsəri mədəniyyətimizə gətirən Mahmut Kaşgarlını hörmətlə yad edirik. Azərbaycan dilinin inkişafı üçün əmək vərən, çaba göstərən, bu uğurda həyatını həsr edən müqəddəs nəslimizə Allahdan rəhmət diləyirəm, hal-hazırda yaşayan Azərbaycan dili sevdalılarına minnətdarlığımı bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

 

S.e.f.d. dosent Murtəza Həsənov,

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR