Bu gün Milli Qəhrəmanımız şəhid Mübariz İbrahimovun dünyamıza gəldiyi gündür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Milli Qəhrəmanımız şəhid Mübariz İbrahimovun dünyamıza gəldiyi gündür.

Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlamışdır.

…Düz 13 il əvvəl, iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb.
Səni unutmadıq, unutmayacağıq!
Allah rəhmət eləsin!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR