“Gürcülər Ukraynaya baxıb dərs almalıdırlar”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Cənubi Qafqazı təklükəsiz məkana çevirməyə çalışır. Lakın bu gün Gürcüstanda baş verən hadisələrdən görünür ki, buna mane olmağa çalışanlar var”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, ABŞ və Avropa siyasi dairələrinin təsiri ilə Gürcüstanda təxribatlar yaradılır: “Əlbəttə ki, məqsədləri Gürcüstanda və ümumiyyətlə, Cənubi Qafqazda sabitliyi pozmaqdır. Bununla Rusiyaya qarşı öz çirkin siyasətlərini yeritmək istəyirlər. Rusiyaya qarşı mübarizədə Cənubi Qafqazdan poliqon kimi istifadə etmək istəyirlər. Görünür, bu, onların Ukrayna savaşında Cənubi Qafqazdan ikinci cəbhə açmaq planlarının əsas tərkib hissəsidir.

Son illər Gürcüstanda sabit və dayanıqlı hakimiyyət mövcud olmayıb. Qərb dairələri Gürcüstanda ictimai-siyasi proseslərə öz əllərinə alıblar. Gürcüstanda hər il saysız qeyri-hökumət təşkilatı yaradılır. Qərb onları maliyyə yardımı ilə də təmin edərək öz istəklərinə uyğun şəkildə idarə edir. Bu gün də həmin QHT-lər Gürcüstanın heç də marağına xidmət edən çıxış etmir. Həmin QHT-lər məhz bu günlər üçün yaradılıb və Qərbin marağına xidmət edir. Gürcüstan cəmiyyətində çaxnaşma yaradılmaqdadır. Gürcülər sevinirlər ki, guya Avropa İttifaqına inteqrasiya olunurlar. Lakin aldandıqlarını anlayanda gec olacaq. Xalq narkomaniyaya sürüklənir, milli dəyərləri tapdanılır. Bütün bunlar Gürcüstanın müstəqilliyinə təhlükədir”.

Politoloqun fikrincə, gürcülər Ukraynaya baxıb dərs almalıdırlar: “Çünki eyni məkrli planlar Ukraynda həyata keçirilib. Hazırda rəsmi Kiyev Qərbin qara niyyətinin qurbanı olub. Hazırda bu plan Ermənistan üzərində də icra edilməkdədir. Aprelin 5-də Brüsseldə keçirilən üçtərfli görüşdə bu planlar açıq-aydın göründü. ABŞ və Qərb Ermənitsanını ilkin olaraq maliyyə yaradımı ilə tilova saldılar. Onlar Cənubi Qafqazda hegemonluq etmək üçün bütün imkanlarını səfərbər ediblər. Məqsədləri Ermənistana təsir etməklə sülh prosesinə mane olmaqdır. Azərbaycan isə Qərbə qarşı müstəqil və milli maraqlara əsaslanan qətiyyətli siyasət yürüdür. Buna görə də Qərbin Azərbaycanda çirkin planları suya düşüb. Çünki Azərbaycan dayanıqlı sülh və sabitliyin tərəfdarıdır”.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR