TAİB Gənclər Təşkilatının həmsədri Sübhan Xıdırzadə İzmirdə keçirilən Zəfər bayramında iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB Gənclər Təşkilatının həmsədri Sübhan Xıdırzadə İzmirdə keçirilən Zəfər bayramında iştirak edi

Zəfər bayramı qardaş Türkiyədə də qeyd olunub.
Doqquz Eylül Üniversiteti Sosyal Elmlər İnstitutunun Avrupa Birliyi şöbəsinin müdiri Prof.Dr Burçak Mügə Vural zəfər bayramı ilə əlaqədar seminar keçirib.

Bu barədə Agsaqqallar. com saytına Sübhan Xıdırzadə xəbər verib.

O, bildirib ki, prof.dr. Burçak Mügə Vural Azərbaycanın qələbəsinin tarixi əhəmiyyətindən və bölgədə sülhün təmin edilməsi istiqamətində görülən işlərdən danışıb:
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə dünyada son zamanlarda buna nail olan yegenə dövlət statusunu almış və münaqişələrin həllində mühüm rol oynamışdır. Bölgədə sabitliyin təmin olunması yeni iqtisadi imkanlarıda özü ilə bərabər gətirmişdir. Böyük İpək yol çərçivəsində Türk dünyası və eləcədə regionun tərəqqisinə xidmət edir. Hal-hazırda Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı və birgə fəaliyyətin qiymətləndirilməsi kimi Qarabağ zəfəri daha çox uğurların müdəçisidir”.

Elmi seminarda TAİB GT- nin həmsədri Sübhan Xıdırzadə və turkiyəli üzvləri iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR