Telli Pənahqızı:”Erməni havasına oynayan AŞPA və ya həqiqətlərə göz yuman Avropa…”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

Erməni havasına oynayan AŞPA və ya həqiqətlərə göz yuman Avropa…
Dünyanın kələfi çoxdan, lap çoxdan – ermənilərin torpaq iddası başlayandan və onların absurd, əsassız umacaqlarına qanad gərib ayaqları altına daş qoyanların sayı yağışdan sonra peyda olan göbələklər kimi çoxalandan sonra bir az da qəlizləşib.
Bizim şanlı qələbəmizdən, öz torpaqlarımızi ölkə rəhbərimizin uzun illər boyu sərgilədiyi siyasi iradənin, atdığı məqsədyönlü addımların və bir də yetişən gənc nəslin qəhrəmanlığı, Vətən eşqi, torpaq sevgisi nəticəsində erməni vandalları dan azad etməmiz nəinki ermənilərin və ona qəhmər çıxan Fransa kimi dövlətlərin, həm də o boyda AŞPA- nın işinə yaramadı.
Əgər belə olmasaydı bu təşkilat işini-gücünü buraxıb cırtdan bir qövmün maraqlarını müdafiəyə qalxmazdı.
Bir çox super dövlətlərin vicdanılı rəhbərləri, ölkəsini bu qurumda təmsil edənlərə, xalqının səs verib seçdiklərini belə bir mötəbər məclisə layiq görəndə onların vicdan meyarına və nəfs hissinə də diqqət yetirəydi. Secdiklər qarşısında belə bir öhdəlik qoysaydı ki, bu yuksək parlamentarilər belə nüfuzlu beynəlxalq təşkilatlarda ağı qara, yaımçığı tam görməyəydilər. Axı sonda ilahi bir ədalət var: heç kəs Haqqın divanından qaça bilməyəcək, gec-tez örkən gəlib doğanaqdan keçəcək!

Bu dünya AŞPA-nın rahat kürsülərində vaxt keçirməyə toplaşan, ağızlarına və ağıllarına gələni danışmaqla vəzifə borclarını başa vuran, yalan- palan məlumatları siyasət müstəvisinə çıxarıb kiməsə tərəfkeşlik eləməklə bitmir, günlərin birində ən azından olmayan vicdanların ağrısına da çarə axtarmaq lazım gələcəklər!
Bu təşkilat yaranan gündən bəri özünün ən rüsvayçı dönəmini yaşayır.

Maraqlıdır, görəsən ora toplaşan nümayəndələrin hamısımı Quteres kimi vicdansızdir və Azərbaycan haqqında ermənilərin ona ötürdüyü cəfəngiyyati dilə gətirib mənim millətimə köcəri deyir, bizi Qafqaza ermənilərdən sonra gələn vəhşi tayfa adlandırır?

“Onları yenidən gəldikləri çöllərə qaytarmaq lazımdir” kimi başından böyük bir hökm verməyə cəsarət edir?! Və məncə…biz illərdən bəri erməni diasporunun “möhtəşəm” xidmətlərini bir qədər deyəsən şişirtməklə onları “qüdrət sahibi, ermənilərin xaricdəki yenilmız havadarı” kimi qələmə vermişik və bu da sanki hayların gücünə güc qatıb, bəzi ermənipərəst qruplar da diasporun cəfəng fikirlərini mudafiə etmək müqabilində yaxşı qazanc yeri tapıblar. Amma gəlin unutmayaq ki, məşhur milyarder Vardanyan da ötən il bu vaxtlar Xankəndində at oynadırdı.
Amma indi o Bakı təcridxanasında araikçikin və əli Azərbaycan xalqının qanına bulaşmış canilərin koğuş yoldaşıdır. Bu gün Azərbaycanda yaşanan möhtəşəm reallığı görməzdən gələn müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən də bütün üzvlərinin uğurunu və faciəsinə eyni baxış bucağından qiymətləndirməyə borclu olan ASPA-dakı səlahiyyət sahiblərinə sual vermək istəyirəm: ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qətliamlara illər boyu niyə susurdunuz, cəmi 44 günlük müharibədə öz ərazilərini 30 illik erməni işğalından azad edən bir ölkə ilə edəcəyiniz, düşmənçiliyi üz nədən qaynaqlanır?
İllər boyu Azərbaycan ərazisini xarabazara çevirən, işğal altında saxladıqları torpaqları salamat bir tikili belə qoymayan, minlərlə günahsız insanı qətlə yetirib ev- eşiyini, halal torpaqlarını zəbt eləyən ermənilərə niyə “gözünüz üstə qaşınız var”- deməyə cəsarət etmirsiniz? Sizə mane olan, gözünüzü kor, vicdanınızı lal eləyən nədir? Bu gün də minaladıqları torpaqların xəritəsini verməyən, itkin düşmüş, girov götürülmüş yüzlərlə vətəndaşımızın yerini bildirməyən ermənilər sizin gözünüzə niyə mələk cildində görünür? Niyə onlara söz deməyə, haqsız olduqlarını dilə gətirməyə cəsarətiniz çatmır?

Bəlkə diasporun rüşvəti, bəlkə xat tərəfkeşliyi, bəlkə anahidlərin isvəsi- nazı? Yoxsa qarın qardaşdan, cib vicdandan daha dəyərlidir sizin üçün? Siz zaman-zaman özünüzü dünyanın ən sivil avropalısı adlandırırsınız, amma sivil insanlar daha çox əyilməz vicdanları, həqiqəti müdafiə əzmkarlığı ilə fərqlənməlidir. Sizsə həmişə olduğu kimi vicdanınızı çoxdan unudub, haqdan, ədalətdən uzaq düşmüsünüz, əgər belə olmasaydı Azərbaycan kimi bir ölkəni hədəfə almaqdan çəkinər, bu kütləvi psixoz qərarı qəbul etməzdiniz!

Mən Qərbi Azərbaycandakı, indiki Ermənistandakı yüz minlərlə azərbaycanlı ailədən birinin övladıyam. Bizim ailələrimizin əlindən əmlakını, varını-dövlətini ermənilər yağmalayıb qışın qarll- çovğunlu bir günündə yurdumuzdan didərgin salanda da siz susdunuz? Yüzlərlə soydaşimiz erməni vandallarının qurbanı olanda da susdunuz!

Zori Balayan kimi alçaq və şərəfiz bir erməni yazıçısının kitabı bəlkə də sizin də evinizdə var, axı siz hədiyyə götürməyi sevirsiz, yəqin ki, onun Azərbaycan uşaqlarını xüsusi qəddarli qətlə yetirilib sonla bu prosesi təsvir edib oxuculara neçə bir “qəhrəmanlıq” etdiyini söylədiyini də oxumusunuz. Amma siz də onun kimi deyəsən heç vicdan ağrısı yaşamamısınız, yoxsa bu gün o qatilin təmsil etdiyi millətin absurd ideyalarına qəhmər çıxmazdınız! Heç bu barədə düşdünmüz? Yəqin ki, yox!Bir daha soruşuram: ermənilər hansı cəhətləri ilə sinin gözünüzə pərdə çəkiblər ki, siz həqiqətlərə göz yummağa çalışır, gunahkarı cəzalandırmaq əvəzinə onlara qol- qanad gərirsiniz?

Bizim bir el məsəlimiz var: Allah gec eləyəcək, ancaq güc eləyəcək! Günlərin bir günü sizin üz qarası olan qərarlarınız günah zənciri kimi boynunuza dolanacaq, onda bu gün öz əzmkarlığı, uğurları, tarixi qələbəsi,agli- zəkası, humanistliyi ilə dünya şöhrət qazanmış ölkə başçımızın, Ali Baş komandanımız İlham Əliyev cənablarının bir sualı qarşısında siz də bir ćox əqidədaşlarınız kimi deməyə cavab tapmayacaqsınız: biz öz problemimizi özümüz həll etmişik, daha sizə ehtiyacımız yoxdur!

Bu sözləri eşidəcəyiniz günə çox vaxt qalmayıb cənab AŞPA- çılar!

Bu başdan sizə geçmiş olsun!!!

Telli Pənahqızı
telejurnalist,
QAİ Qadınlar Şurası sədrinin müavini.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR