MİRSUCƏDDİN ADLI BİR TƏLƏBƏ YOLDAŞIMIZ DA VARDI

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tələbə yoldaşlarımızdan biri də Mirsucəddindi. Bu açıqqabaqlı, mehriban oğlan olduqca cəld hərəkət edərdi. Axtaranda tapılmırdı, üstəlik dostları da çoxdu. Hərdən bir deyirdim:
– Ay Mirsucəddin, arada bir vaxt elə, danışaq, heç olmasa bir çay içək. Bu qaçaqaçla
hara gedirsən?
– Mənim xasiyyətim belədi, evdə də beləyəm. Vacib işləri görmək lazımdı. Deyirəm
kəsirim-zadım qalmasın – bu əladı. Mən kəsiri heç sevmirəm.
Sonra nə fikirləşərdisə əlini tələbə dostlarıma tutub deyərdi:
– Bax, bu uşaqların içində bir tərəfdən (yəni Naxçıvanı nəzərdə tuturdu) az adam yoxdu
ki. Yox. Oxuyanlarımız var.
Mənim ona diqqətlə qulaq asdığımı görüb gülümsünərdi:
– Mənim atam tanınmış bir müəllimdi, Mirabdulla müəllim. Vaxtilə Sədərəkdə məktəb
direktoru işləyib. Otuz doqquz yaşında vəfat edib. O həm də yazı-pozu adamı olub, maraqlı
bir gündəliyi var. Mən də onun yolu ilə getmək istədiyimdən bu fakültəyə gəldim. Məndən
elə adlı bir pedaqoq, müəllim olacaqmı? Bunu Allah bilir.
– Deyirsən, evdə də qaçaqaçdasan. Niyə?
– Ay səni sağ olasan, iş elə gətirir də. Evdə böyük qardaş mənəm. Hərənin bir işi,
problemi olur. Bunlar həll olunmalı deyil? Adətimdi, bacı-qardaşlarımı bir yerə toplayıb hal-
əhval tutur, məclis qururam. Bunun nəyi pisdir ki?!
– Yox.
– Bir gün boş vaxt olanda danışarıq. Yaxşımı?
– Sənin boş vaxtın olur ki!.. İmtahan-zaçot qurtaran kimi də gözə dəymirsən.
Mirsucəddin gülümsünsə də mənə bir söz deməz, məzə ilə əlini yelləyərdi. Təkəmseyrək, atüstü görüşə-görüşə məktəbi bitirdik…
… Uzun illər bir-birimizdən xəbər tuta bilmədik. Niyə? Yəqin ki, heç birimiz bu “niyə”nin cavabını bilmirik. Sanki fil qulağında yatmışıq. Birdən sanki yuxudan oyandıq… Özü-
müzə gəldik. Öz-özümüzə sual verdik: “Biz bir-birimizi niyə axtarmırıq? Buna mane olan
var? Yox”.
Düşünürəm ki, bu da Allahın işidir. Bir neçə nəfər tələbə dostumuz bu işin başlanğıcını
qoydular… Biz də onların dalınca… Beləcə 55-56 nəfərin təxminən üçdə birini bir araya gətirə
bildik. Tələbə yoldaşlarla görüş baş tutdu.
…Məlum oldu ki, Seyidov Mirsucəddin Mirabdulla oğlu da vəfat edib. Yaxşı oldu ki,
onun kiçik oğlu Sülhəddinlə görüşüb tanış oldum.
Hə, bizim Mirsucəddin adlı bir tələbə yoldaşımız da vardı. Deyən-gülən, zarafatcıl, cəld
hərəkətli, gülərüz… Beləcə yaddaşımızda qalıb.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dose

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR