" />

“Şanlı Zəfərimiz” müharibə iştirakçılarının gözüylə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

12-18-19 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Dillər Universitetində, Memarlıq və İnşaat Universitetində və Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən “Şanlı Zəfərimiz” müharibə iştirakçılarının gözüylə adlı layihə çərçivəsində görüşlər keçirilib.

Layihənin məqsədi gənc nəslin Qarabağ münaqişəsi haqqında davamlı düzgün və innovativ metodlarla məlumatlandırılması, məlumatların yerli və xarici həmyaşıdlara, böyüməkdə olan nəsilə çatdırlması, Vətən Müharibəsi barədə məlumatların yayılması ilə bağlı xarici dil bilgisi olan gənclərin sosial şəbəkə seqmentində aktivliyinin artırılması, həqiqətlərin yayılmasında gənc nəslin rolunun artırılmasıdır.

Tədbirdə Universitet rəsmiləri ilə yanaşı Vətən müharibəsi iştirakçısı olmuş qazilərimiz və 150 nəfər tələbə-gənc iştirak etmişdir. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsiylə başlayan tədbirdə ilk öncə layihə rəhbəri Aida Ramiz görüşün məqsədini tədbir iştirakçıların diqqətinə çatdırdı. Daha sonra tədbirdə həkim və hərbi exspert kimi çıxış edən Rəşad Sultan 44 günlük vətən müharibəsində ki, döyüş əməliyatları haqda, həmçinin müharibənin siyasi motivləri haqda gənclərə ətraflı məlumat verdi. Öz döyüş təsuratlarını gənclərlə bölüşdü. Ardınca qazi Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Qurbanov Orxan gənclərə keçdiyi döyüş yolu, müharibədə yaşanan çətin və xoş xatirələri haqda və eləcədə bütün istiqamətlərdə əldə etdiyimiz uğurlar barədə iştirakçılara geniş məlumat verdi. Sonda “Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi “Mübariz İbrahimov” animasiya filmi nümayiş edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR