Avropa Parlamentindəki anti-Azərbaycan qrupların eybəcərlikləri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev: “Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür”

Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən, beynəlxalq təşkilatlar Qarabağ məsələsinə əksər hallarda ikili standart mövqedən yanaşıblar. Buna görə də beynəlxalq təşkilatların bu qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan son zamanlar Avropa Parlamentinin də Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil. Əslində, beynəlxalq birlik Avropa Parlamentinə insan haqlarının müdafiəçisi, təcavüzkara qarşı mübarizə aparan qurum kimi baxır. Lakin Avropa Parlamenti buna cavab olaraq qarşılıq verə bilmir. Ümidləri puça çıxardan bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilib. Hətta bu təşkilatın daxilindəki qüvvələr inkişaf etməkdə olan ölkələrə qarayaxma kampaniyası aparırlar. Elə Avropa Parlamentinin son zamanlar ölkəmizə qarşı obyektivlikdən uzaq, böhtan xarakterli qətnamələr qəbul etməsi də Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Prezident İlham Əliyev 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini-Məsim Məmmədovu qəbul edərkən çıxışında bu məsələyə də toxunub: “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər”.
inteqrasiya etmək istəyərkən bu kimi təşkilatları özünə demokratik olaraq nümunə götürürdü. Lakin reallıq göstərdi ki, Avropa Parlamenti və bu kimi təşkilatlar heç də demokratik dəyərlərə istənilən səviyyədə hörmətlə yanaşmırlar. Çünki Azərbaycan son zamnlar davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə qarşılaşıb. Avropa Parlamenti kimi ikili standartlar, qrayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar.
Prezident İlham Əliyev qəbulda bir daha qəti olaraq Ermənistana və ona havadarlıq edən ölkə, eləcə də təşkilatlar mesaj verdi ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. “Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi”, – deyə dövlətimizin başçısı əlavə edib.

Qarabağ münaqişəsinin həllinin gecikməsi də ikili standartdlardan xəbər verirdi. Əslində, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar hər zaman öz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta əksər hallarda özləri belə münaqişə zonalar yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar. Avropa Parlamenti hələ də Ermənistanın təcavükarlığını təsdiqləyən qətnamə qəbul etməyib. Bu kimi məsələlərdə Avropa Parlamentinin açıq dəstəyinin olmaması Azərbaycanı hər zaman narahat edir. Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Parlamentindən nə gözləmək olar!!!

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR