Azərbaycanda iki yüksək vəzifəyə təyinat – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə iki yeni baş direktor müavini təyin edilib.

Süleymanov Nazim Süleyman oğlu və Cəlilov Əfqan Süleyman oğlu “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin olunublar.

Onlar təyinat üzrə üç fevral tarixindən vəzifələrini icra etməyə başlayıblar. Hazırda “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsini icra edənlərin sayı beşə çatdırılıb.

Belə ki, Süleymanov Nazim Süleyman oğlu 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, “AtaBank” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2006-2019-cu illərdə “Azərpoçt” MMC-də çalışıb. 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR