İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək milli həmrəylik göstərdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağda Talış kəndində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən bir daha Ermənistan rəhbərliyinə etdiyi xəbərdarlıqdan nəticə çıxarılmalıdır.

Xalqımıza qarşı etnik təmizləmə siyasəti-soyqırım və hərbi cinayətlər törətmiş Ermənistan otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlamış, yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvasından didərgin, qaçqın və köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.
Əlbətdə biz bu 30 il ərzində işğalla barışmamış və bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaldaraq, doğma torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasını tələb etmişik. Ancaq əfsuslar olsun ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərmişlər.
Bütün təzyiqlərə baxmarayaq 44 gün ərzində ordumuz mənfur düşməni torpaqlarımızdan qovaraq, Qarabağda müzəffər Azərbaycan Bayrağını ucaltmışdı.
Bununla da biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında qan tökərək bərpa etmişik.
Çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsi olan bu 44 gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi.
Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, amma nəticəsi olmadı. Azərbaycan xalqı bütün bu cəhdləri dəf etmiş və BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin edərək, düşmən ordusunu məhv etmişik.
Yenə də bizə qarşı ədalətsiz addımlar atılır və çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Görünür İkinci Qarabağ müharibəsindən Ermənistan hələ ki, dərs almayıb və yenə revanşist qüvvələr baş qaldırıb. Ermənistan rəhbərliyi və Ermənistanın arxasında dayanan bəzi ölkələr də bu çirkin əməllərdən əl çəkməlidir. Çünki Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.
Cənab Prezident İlham Əliyev: əgər Ermənistan 29 min kvadratkilometr ərazidə rahat yaşamaq istəyirsə bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var.
Artıq Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlı-quruculuq işləri həyata keçirir. Talış kəndidə bunlardan biridir. Hələ kəndin qurulmasından bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu ailələr üçün bütün imkanlar yaradılıb-gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
İndi Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır, hər kəsə, bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq və ərazi bütövlüyümüzü öz gücümüzə bərpa etmişik və bundan sonra da ancaq və ancaq irəliyə doğru gedəcəyik.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR