Bərpaolunan enerji mənbələri ilə yanaşı ənənəvi enerji resurslarının inkişaf etdirilməsi Azərbaycanın enerji təhlükəsizliyində gücünü daha da artıracaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

13 fevral tarixində Bakıda “Gülüstan” sarayında 2025-ci ildə açılışı olacaq müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.

Göründüyü kimi Azərbaycan bərpaolunan enerji ilə yanaşı özünün ənənəvi enerji resurslarını da inkişaf etdirməkdə maraqlıdır. Azərbaycanda hər iki enerji sahəsinin inkişafı üçün zəngin potensial vardır. Xəzər dənizi ilə yanaşı quruda da külək və günəş enerjisi imkanlarından yararlanaraq yaşıl enerjini inkişaf etdirmək üçün ölkəmiz artıq bu sahədə qabaqcıl olan bir sıra ölkələrlə ciddi əməkdaşlıq içərisindədir.
Enerji gücümüzü artıracaq stansiyasının açılışı Mingəçevirin elektroenergetika sahəsində əhəmiyyətini daha da yüksəldəcəkdir. Bildiyimiz kimi Mingəçevir ölkənin elektrik enerjisinə olan ehtiyacının əsas hissəsini ödəyir.
Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası olan və respublikanın elektrik enerjisi təlabatının 43 faizini ödəyən stansiyası 8 blokdan ibarətdir. Mingəçevirin enerji mərkəzinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1976-cı ildə təməli qoyulan Mingəçevir Elektrik Stansiyasının birinci blokunun açılışı 1981-ci ildə şəxsən dahi şəxsiyyətin iştirakı ilə baş tutmuşdur.
Zaman keçdikcə köhnələn stansiyada təmirə ehtiyac yaranmış və “Realibitasiya Proqramı” çərçivəsində bir neçə dəfə yenidən qurma və bərpa işləri həyata keçirilmişdir. Bunların içərisində ən genişmiqyaslı olanı cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2018-ci ildə başlanan və iki il ərzində həyata keçirilən təmir prosesini misal göstərə bilərik. Proqram çərçivəsində İES-də turbinlər, generatorlar, sexlər və yarımstansiyaların, hava xətlərinin, əks-qəza avtomatika sistemlərinin yenidən qurulması həyata keçirildi. 8 blokun hər biri təmir olundu və stansiya öz əvvəlki gücü ilə işləməyə başladı. Bununla da itirilmiş enerji gücü geri qaytarıldı.
Mingəçevir Elektrik Stansiyasının önəmini dərk edən düşmən ölkə Ermənistan Vətən müharibəsi zamanı stansiyanı uzaqmənzilli raketlərlə atəşə tutmuşdur. Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edilən raketlərin bəziləri hədəfdən yayınmışdır.
Artıq Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Azərbaycanın, eyni zamanda Avropanın enerji təhlükəsizliyində önəmi artan stansiyada yüzlərlə insanın işləməsi üçün yeni iş yerləri yaranacaq.
Yeni müasir standartlara cavab verən stansiya eyni zamanda minumum qaz sərfiyyatı ilə ətraf mühitin qorunması üçün də faydalı olacaqdır.
İtaliyanın və Çinin şirkətləri ilə birgə tikiləcək stansiyanın 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək.
Strateji tərəfdaşımız İtaliyanın bu layihədə iştirakı əlbətdə ki, təsadüfi deyil. Çünki Azərbaycan və İtaliya arasında ənənəvi olaraq energetika sahəsində genişmiqyaslı əməkdaşlıq mövcuddur. Bundan əlavə İtaliya Azərbaycanın strateji tərəfdaşıdır.
İllərdir İtaliya bazarına neft ixrac edən Azərbaycan iki ildən artıqdır ki, TAP layihəsi vasitəsilə İtaliyaya qaz tədarük edir.
Stansiya inşa edildikdən sonra Azərbaycanın enerji gücü artacaq, yeni layihələr üçün yeni tərəfdaşlar qazandıracaq.

Eldəniz Zeynalov

Nizami rayonunun İcra Hakimiyyətinin məsul işçisi 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR