Paytaxt üzrə koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı – SİYAHI

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat Koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 15 faizi Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,1 faizlə Xətai rayonu gəlir. Digər rayonlar üzrə isə Yasamalda 12,2 faiz, Sabunçuda 10,7 faiz, Nəsimidə 7,9 faiz, Suraxanıda və Nərimanovda 8,2 faiz, Nizamidə 7 faiz, Xəzərdə 6,8 faiz, Qaradağda 5,4 faiz, Səbaildə və Pirallahıda isə 0,5 faiz yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52 faizi Bakı şəhərində qeydə alınıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR