“Dünyada ilk olaraq Can Azərbaycan qardaşlarının yardımına gəldi”- Məşhur məşqçi Yılmaz Vural EKSKLÜZİV

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dünyada ilk olaraq Can Azərbaycan qardaşlarının yardımına gəldi. Qardaşlarımızın 725 nəfərlik xilasedici qrup, eyni zamanda hər cür yardım göndərməsi bizə həm də ən böyük mənəvi dəstək deməkdir. Fəlakətlə bağlı ilk olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin reaksiya verməsi və əlaqədar dövlət qurumlarına təcili kömək üçün göstəriş verməsi qardaşlığımızın bariz nümunəsidir”.

Bu fikirləri Missiya.Az-a açıqlamasında məşhur türkiyəli futbol mütəxəssisi, “Yeni Malatyaspor” klubunun baş məşqçisi Yılmaz Vural deyib.

Y.Vural bildirib ki, biz qardaş ölkələr və xalqlar kimi əbədi olaraq bir-birimizin yanında olacağıq:

“Bildiyiniz kimi Türkiyə tarixdə görülməmiş miqyasda fəlakətlə üz-üz qaldı. 10 bölgəmizi əhatə edən zəlzələ nəticəsində çoxsaylı bina çöküb, həyatını itirənlər, yaralılar və dağıntılar altında qalanar var. Amma xilasetmə əməliyyatları davam etdirilir. Bilirsiniz ki, 28 yaşındakı qapıçımız Ahmet Eyüp Türkaslan da həyatını itiridb, dağıntılar altından nəşi çıxarılıb. Bu xəbər məni dərindən sarsıtdı. Klub olaraq çox üzgünük. Dağntılar altında qalan vətəndaşlarımız üçün dua edirik. Ümidlərimiz tükənməyib. Bu gün həm də birlik və bərabərliyə daha çox ehtiyacımız var. Birlikdə olarsaq aşa bilməyəcəyimiz problem, daşıya bilməyəcəyimiz yük yoxdur. Bir daha Prezident İlham Əliyev başda olmaqla qardaş Azərbaycan xalqına təşəkkür edirəm”.

Əli İbrahimli
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR