" />

Təşəbbüskarlıq göstərməli, yeni ideyalar və təkliflərlə çıxış etməliyik

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ölkəmizin adına şərəf gətirən, dövlətin maraqlarını hər şeydən uca tutan, öz prinsipiallığı, parlaq zəkası və həyata keçirdiyi müqayisəyəgəlməz layihələri ilə dünyaya səs salan PREZİDENTİMİZ bizim hər birimiz üçün müəllimdir, yol göstərəndir”. Bu sözləri Ağsaqqallar Şurasının məclis üzvü Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, ishalatlar proqramı hələ yekunlaşmayıb. Qarşıdakı mərəhələlərdə biz çevik və effektiv idarəetmə ehtiyacının ödənilməsinə xidmət edən yeni-yeni təyiantların, struktur dəyişikliklərinin şahidi olacağıq.

R. Əhmədov onu da bildirib ki, indi bizim hər birimizin qarşısında Azərbaycanı daha güclü və daha firəvan ölkəyə çevirmək üçün yeni imkanlar yaranıb. Təşəbbüskarlıq göstərməli, yeni ideyalar və təkliflərlə çıxış etməliyik. Yeni dönəmin əsas tələblərindən biri də məhz gənclərin təşəbbüskarlığının artırılmasıdır.

“Biz Dövlətimizə güvəndiyimiz kimi, Dövlət də bizə inanır. Gərəkdir ki, bu inamı doğruldaq, dövlətimizin və Prezidentimizin bizdən gözlədiyi fəaliyyəti əsirgəməyək. Dünyanın qan ağladığı və artıq Avropanın da terror burulğanında çalxalandığı bir vaxtda sabit və göz oxşayan, dayanıqlı ictimai-siyasi həyatı ilə fərqlənən bir ölkədə yaşamağımızdan qürur duymalı, bu səadəti bizə bəxş edənlərə dəstək verməliyik ki, Azərbaycanı daha güclü və daha xoşbəxt ölkəyə çevirə bilsinlər”- deyə R. Əhmədov vurğulamışdır.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR