Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB-in BƏYANATI

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB-in

BƏYANATI

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə olan silahlı hücumu qətiyyətlə pisləyir.

Bu bir terror aktıdır. Zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, iki təhlükəsizlik işçisi isə yaralanıb.

Diplomatik mərkəzə hücumu məişət zəmininə yönəltməklə İran hakimiyyəti bu zorakı hücumla bağlı məsuliyyətdən boyun qaçırmağa çalışır. Biz İran hakimiyyətini əsl günahkarları tapıb, məsuliyyətə cəlb etməyə çağırırıq.

İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə edilən gərginliyi daha da artırır bu hadisə. Bundan əvvəl də İranın Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirməsi, Azərbaycana qarşı tənqidi çıxışlar Azərbaycan Respublikası ictimaiyyətində sərt əks reaksiyalar doğurdu.
Bu gün baş verən bu hadisə isə vəziyyəti daha da gərginləşdirir. Biz Vətəndaş cəmiyyəti olaraq, Azərbaycan ağsaqqalları olaraq bu hadisəni qətiyyətlə pisləyir, İran hakimiyyət dairələrini şiddətlə qınayırıq!
“Kalaşnikov” avtomatı ilə silahlanmış şəxsin Azərbaycanın İrandakı səfirliyinə hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki əməkdaşı yaralanıb.
Mərhuma Allahdan rəhmət, yaralılara şəfa diləyirik!

Sudeif İmamverdiyev,
TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR