Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.
Agsaqqallar.com xəbər verir ki, bunu özbəkistanlı nazir tviterdə yazıb.
O, həmkarını 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan dövləti və xalqına ən xoş arzularını çatdırıb.
B.Saidov bildirib ki, iki ölkə arasında əlaqələr genişlənməkdə davam edir.
Oxşar Xəbərlər
- Fəttah Heydərov Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib
- TAİB İstanbulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirir – FOTOLAR
- “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür