Karaçanta Murataza:” Türk dünyasının seçilən ağsaqqalları ilə bir yerdə addımlamaq gənclərdə fəxarət və məsuliyyət hissini daha da artıracaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“TAİB-in fəaliyyəti, təşkilatımızın ilk gündən böyük, əhəmiyyətli layihələrlə davamlı çıxış etməsi gənc nəslin potensialından da istifadəyə zərurət yaradır. Türk ağsaqqalları hər zaman gənclərə önəm vermiş, öz təcrübələrindən, müdrik fikirlərindən bəhrələnmələri üçün onlara lazımi şərait yaratmışlar”
Bu sözləri agsaqqallar.com saytına açıqlamasında Türkiyə Çağdaş Azərbaycan Dərnəyinin başqanı, TAİB-in İdarə Heyətinin üzvü Murtaza Karaçanta deyib. O, bildirib ki, təmsil olunduğu təşkilatda gənclər qolunun yaradılması bilavasitə, gənclərin dövlət proqramındakı roluna böyük stimuldu.

“Biz ağsaqqallar hər zaman gənclərə dəstək olmalı, onların milli ruhda tərbiyəsində, vətənpərvər yetişməsində və cəmiyyətdə şəxsiyyət kimi təmsil olunmasında öz rolumuzu qoymalıyıq. Bu gün Türk Ağsaqqallar Birliyi-TAİB gənclərə öz potensiallarını göstərmək üçün böyük meydan açır. Türk dünyasının seçilən ağsaqqalları ilə bir yerdə addımlamaq gənclərdə fəxarət hissini artıraraq, daha əhəmiyyətli işlərə imza atmağa kömək olacaqdır. Mən də türk ziyalısı olaraq gənclərə uğur diləyir, təşkilat üzvü kimi hər cür dəstəyi verməyə hazıram. Ümidvaram ki, bu istəyə türk dünyasının bir çox gəncləri də qoşulacaqlar. Birlikdə Türk dünyası üçün böyük işlər görəcəyik. Hamıya uğurlar!”-deyə TAİB üzvü vurğulayıb.

Qeyd edək ki, TAİB-də gənclər və qadın qolunun yaradılması istiqamətində davamlı müzakirələr aparılır, gənclər və ziyalı xanımlarla görüşlər keçirilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR