Türkiyə səfiri Azərbaycana başsağlığı verib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.
Agsaqqallar.com xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb:
“Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Yaralananlara təcili şəfalar diləyirəm”, – səfir bildirib.