" />

“MÜHARİBƏ İLƏ DOĞULANLAR…”- Missiya TV-nin 1 yaşı tamam olur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“MÜHARİBƏ İLƏ DOĞULANLAR…”

“Düz bir il əvvəl ik xəbərimizi yayınladıq.

Hamımız gərginlik içindəydik, cəbhədə ağır döyüşlər gedirdi. İlk xəbərimiz də elə Ordumuzun müvəffəqiyyətlə irəliləməsi barədə oldu.

Əslində oktyabrın 1-də fəaliyyətə başlamağı planlaşdırmamışdıq. Görüləsi hələ çox iş qalmışdı. Hazırlıq prosesinin yarısındaydıq. Amma Vətən müharibəsi planlarımızı dəyişdi. İndi biz həm də belə deyə bilərik: Missiya TV-ni müharibə doğdu! Müharibə ilə doğulanlarıq biz”.
Bu sözləri Missiya Tv-nin  baş redaktoru Nicat Dağlar sosial şəbəkədə şəxsi səhifəsində paylaşıb.

“Allah qismət elədi ki, fəaliyyətimizin elə ilk günlərindən xalqımıza qələbə xəbərləri çatdırdıq.

Bu gün təntənədən-filandan uzağıq. Amma doğum günümüzü düz 44 gün qeyd edəcəyik – şəhid ailələri və qazilərimizlə bir yerdə. Onların iştirakı ilə müxtəlif tədbirlər düzənləyəcək, şəhidlərimizin xatirə guşələrinin açılışında iştirak edəcəyik…
Və hər gün bir qapı döyəcəyik – ötən ilin bu günlərində olduğu kimi.
Nəhayət, diqqətimiz həm də tezlimlə canlı hahına çıxmaq üçün hazırlıq işlərinə yönəlib. İnşallah QƏLƏBƏ GÜNÜNƏ qədər prosesi yekunlaşdıracağımıza ümid edirik”-deyə statusunda bildirib  baş redaktor.

Qeyd edək ki, MissiyaTv yarandığı gündən dövlətəhəmiyyətli layihələrlə çıxış edir.  44 günlük müharibənin hər gününü operativ şəkildə  cəbhə xəbərləri ilə tamaşaçıları məlumatlandırıb.

Biz də öz növbəmizdə Missiya Media Qrupuna daxil olan Ağsaqqallar.com saytının kolllektivi həmkarlarımızı  ad günü münasibətilə təbrik edir, Missiya Tv-ə bol uğur və nailiyyətlər arzulayırıq. 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR