TAİB üzvləri Güney Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin məzarını ziyarət ediblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Asaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in üzvləri Güney Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin məzarını ziyarət ediblər.

Ziyarətdə TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Təşkilatın İdarə Heyətinin üzvləri, eləcə də Qadınlar Şurası və Gənclər Təşkilatının təmsilçiləri iştirak edib.

TAİB Gənclər Təşkilatı ilə əməkdaşlıq edən “Ədəbi Birlik” Gənclər Təşkilatının fəallarının da iştirak etdiyi ziyarətdə Seyid Cəfər Pişəvərinin məzarı üzərinə tər güllər qoyulub, ruhuna dualar oxunub.

TAİB sədri, akademik Sudeyif İmamverdiyev mətbuata açıqlamasında Güney Azərbaycan Milli Hökumətinin yarandığı dövrün özəllikləri və mürəkkəb geosiyasi durumu barədə söz açaraq, Milli Hökumətin xalqın özünüdərkində və mübarizə ruhunun formalaşmasında böyük rol oynadığını deyib. Sudeyif İmamverdiyev qeyd edib ki, hazırda İranda yaşayan 40 milyona yaxın azərbaycanlının elementar hüquqları da təmin olunmur, onların düşüncə azadlığına təhdid və təzyiqlər yönəlir. TAİB sədri İrandakı azərbaycanlıların hüquqlarından və onların öz ana dilində təhsil almaq imkanından məhrum olunmasından danışarkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Birliyinin Səmərqənddə keçirilmiş Zirvə toplantısındakı tarixi çıxışını xatırladıb.

Güney Azərbaycan Milli Hökuməti (21 Azər Hərəkatı) 1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuşdur. Paytaxtı Təbriz şəhəri idi.

Qısa müddət ərzində Güney Azərbaycan Milli Hökuməti xalqın dəstəyi ilə böyük işlər həyata keçirdi. Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s. həyata keçirilmişdir.

12 Dekabr (21 Azər) 1945-ci ildə qurulan, paytaxtı Təbriz şəhəri olan Güney Azərbaycan Milli Hökuməti düz bir il sonra – 21 Azər 1946-cı ildə süquta uğradıldı.

Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Milli Hökumətinin qurucuları böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR