Azərbaycanda 1500 test keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində aparılan seroloji testlər tam təhlükəsizdir.

Bu barədə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.

“İnsanlar xəstəliyi asimptomatik formada keçirdikləri üçün bunun fərqinə varmırlar. Təbii olaraq, şikayət olmadığı üçün analiz və test verməyə də ehtiyac qalmır. Seroloji testlərin keçirilməsi bu baxımdan önəmlidir. Biz bilməliyik ki, bu xəstəlik növbəti təmaslarda bizə nə dərəcədə təhlükə yarada bilər. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaradır. Bu anticisimlər isə bizi bir sonrakı viruslarla təmasdan da qorumuş olur.

Seroloji testlər payız aylarında yayılan digər virus infeksiyaları ilə bağlı hər hansı qoruyuculuq barədə məlumat vermir. Əksinə, bu testlərin keçirilməsində məqsəd ölkə əhalisinin təxminən nə qədər hissəsində koronavirusa (COVID-19) qarşı formalaşmış immunitetin səviyyəsinin öyrənilməsidir”.

V.Əliyev seroloji testlərin dövlət tərəfindən ödənişsiz keçiriləcəyini vurğulayıb. O bildirib ki, testlər 18-65 yaş qrupunda olan insanlar arasında keçiriləcək:

“Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Yəni, istəməyən şəxs seroloji test verməyə bilər. Çağrı mərkəzindən təsadüfi seçilmiş şəxslərlə əlaqə saxlanılır və onlara testdən keçmək təklif olunur. Razılıq verildiyi təqdirdə həmin şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilir. Seroloji testlər Bakı, Sumqayıt, Gəncə şəhərlərində keçirilir. Təxminən 1500 test həyata keçiriləcək. Nəticədə biz Azərbaycanda əhalinin nə qədər hissəsində bu virusa qarşı anticisimlərin olub-olmamasını öyrənmiş olacayıq”.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR