Ərdoğan üçtərəfli sammitdə iştirak etmək üçün Türkmənistana gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli sammitdə iştirak etmək üçün Türkmənistana iki günlük səfər edəcək.
Agsaqqallar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Türkiyə, Azərbaycan və Türkmənistan arasında keçiriləcək ilk sammitdə Xəzər sahilində Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında keçiriləcək.
Görüş zamanı üç ölkə arasında, ilk növbədə, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır. Nəticədə bir sıra sazişlərin imzalanması gözlənilir.
Ərdoğan sammit çərçivəsində ikitərəfli danışıqlar da aparacaq.