Mirziyoyev və Orban birgə investisiya layihələrin icrasını müzakirə ediblər
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb..
Görüş zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyələşdirmə mexanizmləri və əlverişli şəraitin yaradılması məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Ş.Mirziyoyevin oktyabrda Macarıstana rəsmi səfəri zamanı iki ölkə arasında 1 milyard dollarlıq birgə layihələrin həyata keçirilməsi üçün “yol xəritəsi” qəbul edilib.
Oxşar Xəbərlər
- QHT Agentliyinin icraçı direktoru Qazaxıstanın vətəndaş cəmiyyəti sahəsinə məsul dövlət rəsmiləri ilə görüşüb
- Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrin inkişafında böyük əhəmiyyət kəsb edir
- Ərdoğan yeni nazir təyin etdi