Azərbaycanın Qırğızıstandakı səfiri Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələrini qəbul edib – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları – TAİB-in nümayəndə heyəti bu gün Azərbaycanın Bişkekdəki səfirliyinə qonaq olublar.

Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri, cənab Lətif Qəndilov tərəfindən qarşılanan TAİB təmsilçiləri əvvəlcə Səfirliyimizin binası ilə tanış olublar. Daha sonra Səfirliyin rəsmi qəbul otağında qonaqlarla səmimi söhbət, Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı səviyyəsinə dair fikir mübadiləsi aparılıb. Səfir L.Qəndilov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu gün iki ölkə arasında əlaqələr dinamik inkişaf yolundadır. Səfir buna misal olaraq Qırğızıstan prezidenti Sadır Japarovun bu il 19-20 aprel tarixlərində Azərbaycana səfər etdiyini və Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” eləcə də “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” qəbul olunduğu göstərərək, ümumilikdə səfər çərçivəsində iki ölkə arasında on sənədin imzalandığını qeyd edib.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev səmimi qəbula və göstərilən yüksək diqqətə görə səfir L.Qəndilova öz təşəkkürünü bildirib. TAİB sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək layihələri barədə söz aşaraq iyunun 13-də Türk Ağsaqqalları Birliyi – TAİB, Qırğızıstan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Konfransın uğurlu nəticələrinə əminliyini də ifadə edib.

TAİB-in nümayəndə heyətində təmsil olunan, millət vəkili, professor Elman Nəsirov öz növbəsində Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişaf prespektivlərinə toxunaraq iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin böyük üstünlüklər vəd etdiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, artıq bundan sonra Azərbaycanla Qırğızıstan beynəlxalq qurumlarda da bir-birinə dəstək verəcək.

TAİB-in İdarə Heyətinin üzvü, Respublikanın əməkdar həkimi Məcid Hacıyev, təşkilatın İcra Apratının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk də göstərilən diqqətə görə səfir L.Qəndilova öz təşəkkürlərini bildirib və Milli Qurtuluş Gününə həsr olunacaq konfransın təşkilatçıları arasında Səfirliyimizin də olmasından məmnun qaldıqlarını deyiblər.

Sonda səfri L.Qəndilov qonaqları Qırğızıstanın Milli Qoruğu olan “Ala-Arça”da gəzintiyə dəvət edib.

Xatırladaq ki, bu gün Bişkekdə Türk Ağsaqqalları Birliyi –TAİB, Qırğızıstan-Türkiyə Manas Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçiriləcək.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR