TAİB-in fəxri üzvü, millət vəkili Hikmət Babaoğlu Naxçıvanla bağlı tədbirdə iştirak edib
100 illiyinə Zəngəzur dəhlizi ilə gələcəyik ulu Naxçıvan !
TAİB-in fəxri üzvü, millət vəkili Hikmət Babaoğlu Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı tədbirdə iştirak edib, dövlətçilik və mədəniyyət tariximizin mühüm mərkəzlərindən biri olan bu qədim diyarın şanlı tarixindən, bu günki naliyyətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlayan xilaskarlıq missiyasının Azərbaycanı necə müstəqilliyə qovuşdurduğunu xatırladan tədbirdə çıxış edən millət vəkili bildirib ki,Naxçıvan ən qısa zamanda Zəngəzur dəhlizi vasitəsilə yenidən Azərbaycanla bütövləşəcək.