Türkiyə qəzetləri nədən yazır?….
“Sabah”: Ərdoğan “Türkiyə istehsal və ixracatda bir üst liqaya çıxır” dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 16-da paytaxt Ankarada etdiyi çıxışında ölkənin, xüsusilə istehsal və ixracatda dünyada artıq yeni bir liqaya yüksəldiyini söylədi: “2021-ci ilin ilk rübündə 7 faiz inkişafı yaxaladıq , inşaallah, ikinci rübü də ciddi bir böyümə ilə bağlayacağıq.”
“Hürriyet”: Nazir Akarın sədrliyi ilə yığıncaq
Türkiyənin milli müdafiə naziri Hulusi Akar 16 avqustda təşkil edilən və Əfqanıstandakı Türkiyə Hərbi Qüvvələri Komandanlığının da iştirakı ilə olan videokonfransda paytaxt Kabildəki personalın təhlükəsizliyinin birinci prioritetləri olduğunu vurğulayaraq bununla əlaqədar hər cür tədbirin görüldüyünü söylədi.
“Vatan”: Çavuşoğlu “Suriya məsələsinin həll edilməsi ortaq prioritetimizdir” dedi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İordaniyanın “El-Ghad” qəzetində çıxan “Tarixi dolanbaclarda Türkiyə-İordaniya əlaqələri” başlıqlı məqaləsində Suriyada 10 illik ixtilafın yaratdığı humanitar, siyasi və iqtisadi ağrıları ən çox hiss edən ölkələrin Türkiyə və İordaniya olduğuna diqqət çəkərək yazıb: “Sığınmacıların etibarlı, könüllü və şərəfli geri dönüşlərini təmin etmək məqsədiylə iki qonşu ölkə kimi bizim ortaq prioritetimiz Suriya məsələsinə həll tapılmasıdır”.
“Haber Türk”: Aprel-iyun dövrülə bağlı iş qüvvəsi statistikası açıqlandı”
Türkiyə Statistika Təşkilatı (TÜİK) 2021-ci ilin aprel-iyun dövrülə bağlı iş qüvvəsi statistikasını açıqladı. Buna əsasən, Türkiyədə işsizlik nisbəti bu ilin ikinci rübündə ilk rübünə görə, 0,6 ballıq azalma ilə 12,4 faiz olub. Sözügedən dövrdə işsiz sayı 3 milyon 989 min adam azalıb.
“Yeni Şafaq”: Antaliyaya 15 gündə bir milyon turist gəldi
Antaliyaya 2021-ci ilin başından 15 avqusta qədər hava yoluyla 4 milyon 351 min turist gəlib. Təkcə son 15 gündə bir milyon adam şəhərə ayaq basıb. Antaliyaya ən çox Rusiyadan turist gəlib. Belə ki, 2 milyona yaxın rusiyalı turistin seçimi Antaliya olub.