Gənclər siyasətinin prioritetləri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İntellektual gənclərin bir araya gəlməsi və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapması vacib amildir

Bu gün dövlətin gənclər siyasətində gənclərin fiziki və mənəvi inkişafı məsələsinə xüsusi yer verilir. Ümumiyyətlə, indiki dövrümüzdə gənclərin arzularının reallaşması üçün daha əlverişli şərait yaranıb. Bütün bunlara görə indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətə başlamasından sonra, gənclər təşkilatlarımız cəmiyyətə daha çox və daha yaxşı xidmət göstərmək imkanları qazanıblar. Az müddətdə yüzlərlə irili-xırdalı layihəyə dəstək vermiş bu fond Azərbaycanın gələcəyinə töhfələr verir. Fond gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə ictimai birliklər çox böyük dəstək verir. Bu dövlət tərəfindən gəclərin fəaliyyətinə verilən dəstək deməkdir. Fond, həmçinin gənclərin, xüsusilə az təminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunma baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir.

Qeyd etdiyimiz kimi, dövlət gənclər siyasətinin prioritetlərindən biri də gənclərin mənəvi inkişafının yüksəldilməsidir. Artıq, bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verməkdədir. Bu gün istənilən sahədə gənclərin aktivlik göstərməsi bunu bir daha sübut edir. Lakin gənclərin mənəvi inkişafı məsələsi daimi diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan Ümummilli lider dəıfrlərlə çıxışlarında bu məsələyə toxunmuşdur.  O, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq musiqi festivalı qaliblərinin yekun konsertində çıxışında demişdir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur”.

Azərbaycan xalqı tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlərə malik olmaqla, dünya mədəniyyətinə töhfələr verib, özünəməxsusluğunu da qoruyub. Hazırda ən vacib məsələ qloballaşma meyllərinin gücləndiyi  dövrdə dünyada mövcud olan müsbət meylləri öyrənməklə, özünəməxsus mənəvi – əxlaqi dəyərləri də qorumaqdır. Bu ana xətt ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının da əsas qayələrindən birini təşkil edir. Azərbaycan gənclərinin mənəvi inkişafının əsasında da bu ideya dayanır.  Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək: “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”.

Gənclərin humanizm, vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, əməksevərlik ruhunda tərbiyə edilməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, gənclər tərəfindən öyrənilməsi, onlarda  dövlətçilik təfəkkürünün gücləndirilməsi mənəvi inkişafın vacib istiqamətləridir. Tarixi ənənələrimizə uyğun olaraq İslam əxlaqı və fəlsəfəsinin də gənclər arasında təbliğ olunması mənəvi inkişafda önəmli rola malikdir. Əlbəttə, burada söhbət yalnız babalarımızdan miras qalan İslami dəyərlərdən gedir. Qeyri-ənənəvi dini cərəyanlar gənclərimizə və cəmiyyətimizə ziyan verər. Bunun Ulu Öndər Heydər Əliyev də hər zaman gəclərə tövsiyə edirdi: “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır”.

Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, gənclərin bu siyasətə dəstək verməsi üçün intellektual gənclərin bir araya gəlməsi və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapması vacib amildir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR