ABŞ-da ilk dəfə Azərbaycan haqqında nəşrlər ictimai kitabxana sisteminə daxil edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

ABŞ-ın Florida ştatında ilk dəfə olaraq Azərbaycan haqqında kitablar ictimai kitabxana sisteminə daxil edilib.

Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, ölkəmiz haqqında kitablar Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası tərəfindən ABŞ-ın tarixi kitabxanalarından biri olan “Mayami-Dade Xalq Kitabxanası”nın əsas filialına (“The Miami-Dade Public Library”) bağışlanılıb.

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın reallaşdırdığı layihə çərçivəsində kitabxanaya hədiyyə olunan nəşrlər ölkəmizin tarixi keçmişindən, zəngin təbiətindən, təbii sərvətlərindən, milli adət-ənənələrindən, zəngin mətbəxindən və milli musiqisindən bəhs edir.

T.Eminova bildirib ki, tarixi kitabxanaya Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə 15 kitab, 15 jurnal və 3 buklet təqdim olunub. Nəşrlər kitabxananın elektron kataloquna da daxil edilib. 1971-ci ildən bu günə kimi fəaliyyət göstərən tarixi kitaxananın 50 müxtəlif yerdə filialı mövcuddur.

T.Eminova layihənin davam edəcəyini bildirib. O, deyib ki, yaxın gələcəkdə qonşu ştatlarda da fəaliyyət göstərən digər nəhəng kitabxanalara da Azərbaycan haqqında kitablar bağışlanılacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR