“Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması gələcəkdə həyata keçiriləcək strategiyanın bir parçasıdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanın Vətən Müharibəsindəki parlaq qələbəsi yeni reallıqların yaranması ilə nəticələndi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı yeni reallıqların doğurduğu zərurətdir. Bu baxımdan, Prezidentin fərmanının böyük iqtisadi, tarixi və siyasi əhəmiyyəti var. Yeni bölgü azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən, su ehtiyatlarından, turizm sektorundan səmərəli istifadəni, həmçinin iqtisadi rayonların bir-birləri ilə əlaqələrini təmin edəcək. Digər tərəfdən görülən işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə verəcək”.

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı barədə danışarkən deyib.

Ramin Əhmədov fərmanın tarixi və siyasi əhəmiyyətindən danışarkən, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasına xüsusi diqqət çəkib.

“Diqqət çəkən məqamlardan biri də Ermənistanla sərhəd yerləşən Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının – Şərqi Zəngəzur iqtisadi zonasına daxil edilməsidir. Məlumdur ki, ötən əsrin əvvəllərində ölkəmiz məcburi şəkildə Sovet İttifaqının tərkibinə daxil edilmişdi. 71 illik Sovet əsarəti dövründə Moskvanın tapşırıqı ilə  Azərbaycanın tarixi bölgələrinin adları dəyişdirilmiş, bir çox tarixi ərazilərimiz qanunsuz qərarlarla Ermənistana verilmişdi. Ölkə başçısı Şərqi Zəngəzur iqtisadi zonasını yaratmaqla tarixi ədaləti bərpa etdi. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da mövcuddur. Hazırda Qərbi Zəngəzur Ermənistanın nəzarətindədir. Bu baxımdan, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonu yaratması, həm tarixi, həm də siyasi mesajdır və gələcəkdə həyata keçiriləcək strategiyanın bir parçasıdır”.

Media Qrupun rəhbəri bildirib ki, Azərbaycan Prezidenti bu fərmanı ilə Qarabağın “statusu” və süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” ərazi vahidi barədə suallara da birdəfəlik son qoyub: “Məlumdur ki, “Dağlıq Qarabağ” ərazi vahidi süni şəkildə yaradılmış coğrafi anlayış idi. Prezident iqtisadi rayonların yeni bölgüsü ilə bağlı verdiyi fərmanla düz 100 il əvvəl Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolu ilə leksikonumuza daxil edilmiş “Dağlıq Qarabağ” ifadəsini tarixə qovuşdurdu. Artıq Azərbaycanda “Dağlıq Qarabağ” anlayışı yoxdur, vahid Qarabağ anlayışı var. Həmçinin Xankəndinin, Xocalının Qarabağ iqtisadi rayonununa daxil edilməsi böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Ölkə başçısı bu Fərmanı ilə müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərlə bağlı Azərbaycanın xüsusi iqtisadi planların olduğunu, bu planların ən qısa müddətdə həyata keçiriləcəyini bir daha təsdiq etdi”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR