" />

TAİB-in sədr müavini Şərafət Şəfa: “TAİB-in Gənclər Təşkilatının fəaliyyət arenası genişlənir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini Şərafət Şəfa: “Türk dünyasının fəal gəncləri ortaq layihədə birləşirlər”

“Türk Ağsaqqalları Birliyinin tərkibində yaradılmış Gənclər Təşkilatının üzvləri aktiv fəaliyyətləri ilə nümunə olmağa çalışırlar. Yaranmasının bir ili tamam olmamasına baxmayaraq artıq gənclər yetərincə iş görmüş, fəaliyyətlərilə təşkilat rəhbərliyinin etimadını doğrultmuşlar”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İctimaiyyətlə əlaqələr üzrə sədr müavini, tanınmış jurnalist Şərafət Şəfa deyib. Gənclərin Laçın-Xankəndi yolunda keçirilən “Ekoloji Terrora son!” dinc aksiyasındakı davamlı iştiraklarından danışan sədr müavini, onların həyata keçirdikləri layihələrdən və təlimlərdən də danışıb.
“Azərbaycan gəncləri bu gün bütün sahələrdə, eləcə də vətəndaş cəmiyyətində, dövlət strukturlarında, özəl sektorlarda təmsil olunur və mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bizim birliyin gəncləri də onlara yaradılan şəraitdən səmərəli istifadə edir, zəif xarakterli, qeyri-aktiv gəncləri ictimai platformalara cəlb edərək, müxtəlif sahədə uğur qazanan insanların iştirakı ilə onlara təmənnasız təlimlər keçir, seminarlar təşkil edir, tədbirlərdə iştirak etmələri üçün şərait yaradırlar. Gənclərimizin arasında 44 günlük Vətən Müharibəsi iştirakçıları da var. Gənclər Türk dünyasının fəal gəncləri ilə əlaqələri genişləndirir, ortaq layihələr həyata keçirmək üçün müzakirələr aparırlar. Gənclər Təşkilatının üzvlərinin sayı artıq yüzü keçib. Bir çox Gənclər Təşkilatlarından əməkdaşlıq üçün gələn müraciətlər, üzvlərin sayının durmadan artması onu göstərir ki, TAİB öz fəaliyyət istiqamətini düzgün qurub. Hazırda gənclər TAİB-in və “Qorqud” Vikipediya Klubunun birgə təşkilatçılığı ilə ötən rübdə keçirilən vikipediya təlimlərinə yekun vurub. Bu yaxınlarda rəhbərliyin iştirakı ilə keçiriləcək tədbirdə 20-ə yaxın gəncə təlimlərdə göstərdikləri fəallığa görə sertifikatlar təqdim olunacaq. Qeyd edim ki, təlimlər silsilə xarakter daşıyır, hər bir gənc bu təlimlərdə iştirak edə bilər”- deyə Şərafət Şəfa vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR