Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

28 mart Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramı günüdür. Dövlət Təhlükəsizliyi Xidməti 1919-ci ilin mart ayında yaradılıb. 

DTX Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq olub. Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin ən böyük inkişaf mərhələsi Ümummili Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Azərbaycanda dövlət təhlükəsizliyinin təminatı sistemi ulu öndər Heydər Əliyevin vətənpərvərlik irsinə və peşəkarlıq məktəbinə əsaslanır.

Qeyd edək ki, Heydər Əliyev 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (İndiki DTX) sədri təyin olunub. Heydər Əliyev ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Onun siyasi iradəsi nəticəsində 60-80-ci illərdə Azərbaycanın milli ruhlu, peşəkar və intellektual təhlükəsizlik xidməti əməkdaşları yetişdirilib.

Ölkəmiz müstəqillik qazandıqdan sonra – 1991-ci  il, noyabrın 1-də Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (İndiki DTX) yaradılıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın müasir tələblərə cavab verən təhlükəsizlik sistemi qurulub.

İlham Əliyevin hakimiyyəti dövründə isə dövlət təhlükəsizliyi sistemi yeni inkişaf dövrünə qədəm qoydu. Son bir neçə ildə təhlükəsizlik orqanlarının sturukturunda ciddi dəyişikliklər edilib. Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Dövlət Təhlükəsizliyi Xidməti Prezidentin tapşırıqlarını böyük peşəkarlıqla yerinə yetirir, Azərbaycanın təhlükəsizliyinin keşiyində yüksək əzmkarlıqla dayanır.

Dövlət Təhlükəsizliyi Xidməti müxtəlif dövrlərdə Azərbaycan dövlətçiliyinə təhlükə yaradan, terrorçuluq əməlləri törətməyə cəhd göstərən şəxsləri zərərsizləşdirib, ölkəmizdə bir çox terror aktlarının qarşısını alıb, beynəlxalq arxarışda olan terrorçuları həbs edərək məsuliyyətə cəlb edib. DTX eyni zamanda, Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı amansız mübarizə aparan qurumlardan biridir.

Xüsusilə qeyd etməliyik ki, 102 yaşlı Dövlət Təhlükəsizliyi Xidməti üçün bu ildönümü çox əhəmiyyətli və şərəflidir. Çünki Azərbaycan 30 ildən sonra işğal altında olan torpaqlarını azad edib və artıq işğaldan azad olunmuş ərazilərdə DTX-nın rayon idarələri fəaliyyətə başlayıb.

Vətən Müharibəsindəki qələbəmizdə DTX əməkdaşlarının da xüsusi rolu və böyük xidmətləri var.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR