Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatına yeni sədr seçilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in mərkəzi ofisində 21 iyun 2023-ci il tarixində birliyin Idarə Heyətinin üzvlərinin də iştirakı ilə Gənclər Təşkilatının iclası keçirilib.

Ağsaqqallar.com xəbər verir ki, iclasda TAİB-in sədr müavini Şərafət Şəfa, Elnur Eltürk, İcra Aparatının rəhbəri Nicat Dağlar, Qadınlar Şurasının sədr müavini Sara Göycəli, mətbuat xidmətinin əməkdaşı Elnarə Sadiq, GT sədri Sübhan Xıdırzadə və sədr müavini Elgün Rüstəmli, həmçinin, komitə sədrləri və üzvləri iştirak ediblər.
Əvvəlcə iclasda TAİB-in sədr müavinləri Şərafət Şəfa, Elnur Eltürk, İcra Aparatının rəhbəri Nicat Daglar və Qadınlar Şurasının sədr müavini Sara Göyçəli TAİB gənclərinin fəaliyyəti barədə danışaraq onların həyata keçirdikləri hər bir işi, hər bir layihəni yüksək qiymətləndiriblər.

Sonra Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə son bir il ərzində Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. GT sədri bildirib ki, xaricdə təhsil almasıyla əlaqədar gənclər təşkilatının strukturunda dəyişiklik ediləcək. Bununla bağlı təklif irəli sürüb.
İclas iştirakçıları GT sədrinin təklifini nəzərə alaraq təşkilatın nizamnaməsinə uyğun olaraq sədr Sübhan Xıdırzadənin həmsədr kimi Türkiyədə vəzifəsinin icrasının davamına razı olduqlarını bildiriblər.
Daha sonra yeni sədr seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermədə təklif olunub ki, sədr olaraq müavini Elgün Rüstəmli sədrliyə ən uyğun namizəddir. Təklif səsə qoyulub. Gənclər Təşkilatıın iştirak edən bütün üzvlərinin yekdilliklə səsverməsi və təşkilatın İdarə heyətinin üzvlərinin də razılığı ilə Elgün Rüstəmli Gənclər Təşkilatının sədri seçilib.

Yeni seçilən sədr Elgün Rüstəmli çıxış edərək ona səs verən, etimad göstərən təşkilat üzvlərinə minnətdarlığını bildirib, bundan sonrakı fəaliyyətində daha da məsuliyyətli olacağını və onların etimadını doğruldacağını qeyd edib.

Daha sonra GT sədri iclasda təşkilatın yeni strukturunu formalaşdırmaq üçün yeni müavinlər təyin etmək üçün səsvermə keçirib. Səsvermə nəticəsində sədrin 1-ci müavini Qədir Quliyev, təşkilati işlər üzrə müavini Aytac Ağakişizadə və humanitar işlər üzrə müavini Aydan Rüstəmli, komitələr üzrə koordinator Fatimə Hacıyeva secilibdir.
İclas zamanı zəng vuraraq gəncləri təbrik edən TAİB sədri akademik Sudeif İmsmverdiyev gənclərə uğurlar diləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR