TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar Şemsettin Kuzeçi: “Türkiyə qüdrətli dövlətdi, bunu da atladacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar Şemsettin Kuzeçi:
“Türkiyədə baş verən zəlzələ və onun fəsadları hamımızın kədərinə səbəb olub. Biz İraq türkmənləri olaraq bu ölkəni öz vətənimiz kimi sevirik. Bir türkün burnu qanasa, bizim də ürəyimiz qanayır. Çünki türkün türkdən başqa dostu, sirdaş yoxdur”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə heyətinin üzvü, tanınmış türk yazarı, Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Kuzeçi deyib.
O, bildirib ki, zəlzələlərin baş verdiyi gündən etibarən, türk dövlətləri Türkiyəyə humanitar yardım göndərməklə yanaşı, həm də axtarış-xilasetmə qruplarını ölkəyə səfərbər ediblər.
“Azərbaycan qardaş ölkəyə ilk və ən çox axtarış-xilasetmə heyəti və yardım göndərən ölkədir. Hələ də xilasetmə dəstələri zəlzələ bölgəsində çalışırlar. Həmçinin ölkənin dörd bir yanından Türkiyəyə humanitar yardımlar göndərilir. Bu dostluq, qardaşlıq, birlik, bərabərlik dünyaya örnəkdir. Azərbaycanın prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir və bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Bu birlik həm də yenilməzliyimizin təminatçısıdır.
Zəlzələdən əziyyət çəkənlərin yaralarına məlhəm sürtməklə yanaşı, bizlər də türklər olaraq Türkiyə dövlətinə dəstək olmalıyıq. Türkiyə qüdrətli dövlətdir. Bu vədəni də atlatacaq. Heç kəs həyat hadisələrindən, təbbi fəlakətlərdən sığortalanmayıb. Allahın salamıdı”,- deyə tanınmış yazar bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR