Beynəlxalq Gənclər Forumu Bakı Bəyannaməsi qəbul etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə
Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və AR Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə 09-13 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən“Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu öz işinə yekun vurmuşdur.
18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən QHT rəhbərlərinin və eləcədə ölkəmizin 60-dan artıq gənclər təşkilatı rəhbərlərinin, millət vəkilləri və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə Bakı Konqres Mərkəzində plenar açılışıla öz işinə başlayan beynəlxalq forum növbəti 4 gün ərzində müxtəlif panel müzakirələri, görüş və digər interaktiv tədbirlər də təşkil etmişdir.
Forumun Proqramına uyğun əcnəbi gənc liderlər və xarici QHT rəhbərləri AR Gənclər Fondu, Bakı Ali Neft Məktəbi və Gənclərin Resurs Mərkəzini ziyarət edib, burada geniş tanışlıq, fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq müzakirələri apardılar.
Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin dünyanın nüfuzlu tədbirinə – COP29-a ev sahibliyi etməsi çərçivəsində keçirilən bu mühüm beynəlxalq tədbirlərdə xarici ölkələrin gənc liderləri və QHT rəhbərləri Azərbaycandan olan həmkarları ilə ətraf mühit və iqlim məsələri, onunla mübarizə, qlobal miqyasda ətraf mühit siyasətinin
dəstəklənməsində QHT-lərin qərar qəbul etmə və icraçılıqda rolunun artırılması, eko-könüllülük, ətraf mühit sahəsində davamlı əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə dair geniş informasiya və təcrübə mübadiləsi aparıb, yeni çağırış, təklif və tövsiyyələr hazırlaya bildilər.
Azərbaycanın yaşıl dünya konseptinə böyük maraq və diqqət göstərən əcnəbi gənc liderlər ölkəmizin yaşıl enerji və yaşıl iqtisadiyyat, təmiz ətraf mühit və “0” emissiya siyasətini müsbət qiymətləndirib, Bakının cari ilin noyabrında möhtəşəm COP29 tədbirini yüksək səviyyədə təşkil edəcəyini qeyd etmişlər. Bununla bağlı forumun yekun sənədində də xüsusi qeydlərini nümayiş etdirən xarici QHT təmsilçiləri sonda Azərbaycan hökuməti üçün ətraf mühit və iqlim siyasəti sahəsinə aid öz təkliflərini də
hazırladılar. Əcnəbi qonaqlar COP29-a və Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərin yayılması sahəsində davamlı fəaliyyətlərinə beynəlxalq ictimai dəstəklərini bəyan etdilər.
Forum yekunda Fransa, Finlandiya, Danimarka, Norveç, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Azərbaycanı təmsil edən gənc liderlər, gənclər QHT rəhbərləri adında Bakı Bəyannaməsi qəbul etdi və “İqlim dəyişikliyi ilə mübarizə və fəal yaşıl iştirakçılıq üzrə” Əməkdaşlıq Şəbəkəsini təsis etdi.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR