Prezident İlham Əliyev: “Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik”
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
Agsaqqallar.com xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”
Oxşar Xəbərlər
- TAİB-in Qadınlar Şurasının üzvü, fəlsəfə doktoru Xuraman Hümmətova: “TAİB nümunəvi və ölkə hüdudlarından kənarda tanınan bir təşkilatdır”
- Dünən Azərbaycan jurnalistlərinin VII Qurultayı keçirildi
- Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır