Kitabxanada həyata keçirilən “Təbiətə valeh olanlar” beynəlxalq layihə uğurla davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vışka” qəzetinin informasiya dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” beynəlxalq layihə uğurla davam edir.
Qırğızıstanın mirvarisi İssık-Kula həsr olunmuş şeirlər və mədəniyyətimizin  beşiyi, gözəl şəhərimiz Şuşaya həsr olunmuş şeir oxuculara  təqdim olunur.
İssık-Kulu yerlilər Qırğızıstanın qiymətli incisi adlandırırlar. Qırğız xalqı üçün bu göl təkcə milli qürur mənbəyi deyil, həm də böyük dəyərə malikdir. Qədim dövrlərdən bu günə qədər İssık-Kul haqqında şeirlər, mahnılar, əfsanələr yazılıb. Göl yazıçılar və rəssamlar üçün ilham mənbəyidir.
Şair Gülnur Aslan “Qarabağ çiçəklərinə” şeirində yazda qar dənəcikləri altından boylanaraq, dağları, yamacları al-əlvan, qırmızı örpəyə bürüyən  çiçəkləri, bülbülün nağıl çiçəyinə dönməsini, işıqlı planetimizin, dünyamızın şərə qalib gəlməsini, ədalətin təntənəsini qələmə alır. Şair vurğulayır ki, təbiətin, çiçəklərin nəğmə oxuduğu bir diyara ayrılıq qələbə çala bilməz.
Bu gün oxuculara 2 Qırğızstan və 2 Azərbaycan  şairin şeirləri təqdim olunur: Lyudmila Xolmanskix (Qırğızstan), Baxıtcan Kanapyanov (Qırğızstan), Leyla Əliyeva (Azərbaycan), Gülnur Aslan (Azərbaycan).
Şeirlər aşağıdakı keçiddə oxuculara təqdim olunur:
https://drive.google.com/file/d/1GfDUvqvWI59PXx3PFm6tblPUvvEz725t/view?usp=drivesdk

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR