“COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Bakı şəhərində keçiriləcək COP29-la əlaqədar videoməlumat hazırladı.
Videoməlumat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar söylədiyi fikirlər ilə başlayır.
Daha sonra videoməlumatda COP29-un hədəf və məqsədləri haqqında məlumat verilir. Bildirilir ki, 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Həmçinin qeyd olunur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycanda mühüm işlər həyata keçirilir: Mavi və Yaşıl zonalar yaradılır.
Videoməlumat Kitabxananın YouTube kanalında nümayiş olunur: