Məlum olduğu kimi “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Xəzərin qorunması üçün təşəbbüslər” layihəsinin qalibi olub.
İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, üç ay müddətinə icra ediləcək layihə artıq tamamlanmaq üzrədir.
Layihənin əsas məqsədi ölkədə və eləcə də dünyada baş verən ekoloji terrorun, dənizin çirklənmənin, bu çirklənmənin insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan uzaq olmaq olmaq üçün maarifləndirici işlər görməkdir.
“DSD” İB-nin layihəyə cəlb edilən komandası layihə çərçivəsində Xəzər Xəzərdə üzən gəmilərin, qazma qurğularının, buruğların və digər sahələrin tullantılarının qarşısını almaqla dənizin fauna və florasının sualtı və suüstü sərvətlərinin qorunmasına, istismar olunmasına yardımçı olmaq üçün araşdırmalar aparıb. Müxtəlif mənbələrdən əldə olunan maarifləndirici matreallar toplanaraq gəmilərdə və gəmiçiliklə məşğul olan idarə və müəsisələrdə, eyni zamanda dənizçilik ixtisasları üzrə mütəxəssis hazırlayan təlim və tədris görüşlər keçirməyə tam hazırdır.
Məlumdur ki, 1972-ci ildə Beynəxalq Dəniz Təşkilatı tərəfindən dəniz və okeanların, digər su hövzələrinin qəbul edilmiş müvafiq qərar və konvensiyası var. Azərbaycan BDT-nın üzvü olan ölkəklər sırasındadır. 1972-ci ildə tövsiyyə olunan, qərar olaraq qəbul olunan və bu günə qədər inkişaf etdirilən konvensiyalar Azərbaycan gəmiçiliyində də tətbiq edilir. Lakin əldə olunan əyani vəsait və maarifləndirmə üçün yazılı məlumatlar dilimizdə çox azdır. “DSD” İB-nin komanda heyəti layihə çərçivəsində kitab halında dərcə hazırlayıb.
“Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Lahiyənin rəhbəri “DSD” İB-nin sədri, peşəkardənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir.
Tural Balabəyli
“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri