" />

TAİB-in GT-nın sədr müavini: ”Bu tək mənim sözüm deyil, bütün Türk gəncliyinin sözüdür!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənipərəst mollalaların sərsəmləmələri və Qanayan Güney Yaramız!”

İranın Azərbaycana olan qərəzli mövqeyi gənclərin də hiddətinə səbəb olmuşdur. Etiraza qalxan gənclər durmadan açıqlamalar verir, İranın mövqeyini və orda yaşayan türk millətinə qarşı atdıqları acımasız addımları pisləyirlər.
TAİB-in Gənclər Təşklatının sədr müavini, ictimai fəal Elgün Rüstəmli Agsaqqallar.com saytına açıqlama verib.

O, İranın ermənipərəst mövqeyindən danışaraq bildirib ki, adından da bəllidir ki, Güney Azərbaycanımız artıq neçə illərdir ermənipərəst rejimin etdiyi zorakılıqlara sinə gərir.

“Bir Türk gənci olaraq soydaşlarımızın öz torpaqlarında çəkdiyi bu çətinliklər, öz dilimizə həsrət qalmaları nəinki mənə, bütün Türk gənclərinə əzab verir. Tarixi mənbələrə əsaslanaraq qeyd etmək istərdim ki, tək Güney Azərbaycan Türkü soydaşlarımız yox, İranda yaşayan digər Türksoylu qardaşlarımız etnik azlıqlar deyil, həmin bölgənin yerli sakinləridir. Çünki İranda yaşayan 80 milyon əhalinin 45 milyonu Türkdür. Bu isə İran əhalisinin təxminən 50%nin Türk olduğunun göstəricisidir. Təbriz, Zəncan, Ərdəbil, Astara və digər bölgələrimiz özbəöz Azərbaycanımızın tarixi əraziləridir. Təbii ki, bu da ermənipərəst molla rejimini çox qorxudur. Onun üçün ermənipərəst rejim bu qorxunu ört-basdır etmək üçün apar-topar Azərbaycanın ürəyi olan Təbrizdə erməni konsulluğu açır, sözdə İslami dəyərlərə önəm verdiyini deyərək məsciddə donuz saxlayan Ermənistan rəhbərliyindən qardaşlıq qayğılarını heç əsirgəmir”
E. Rüstəmli onu da bildirib ki, hətta “Azərbaycan qəbrini qazma” adlı mahnı yazaraq öz aləmlərində bizim içimizdə qorxu yaratmaq istəyirlər.Ancaq bu rejim belə sərsəmləməsinə baxmayaraq, çox gözəl bilir Türkün qazdığı qəbirləri, hətta deyərdim dərin qəbirləri…
#TAİB-in gənc üzvü qeyd edib ki, dəfələrlə cənab prezidentimiz İlham Əliyevin də Güney Azərbaycan soydaşlarımıza dəstək olması bölgədə Azərbaycanın yetərincə gücə sahib olduğunun malik olduğunun göstəricisidir.
“Sonda isə bunu qeyd etmək istərəm ki, bir Türk gənci olaraq dövlətimizi, cənab Ali Baş Komandamızın fikirlərini tam dəstəkləyir, molla rejiminin etdiyi zorakılıqları sərt şəkildə qınayır və Güneyli soydaşlarımızın haqqının bərpa edilməsinin sonsuzadək tam tərəfdarıyam. Bu tək mənim sözüm deyil, bütün Türk gəncliyinin sözüdür!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR