TAİB-in İntizam Komissiyasının sədri Nüsrət Paşayev: “Vətəndaş cəmiyyətində intizamlılıq vacib amildir”
“Vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsində vətəndaş cəmiyyəti institutlarının rolu daha əhəmiyyətlidir. Türk Ağsaqqalları Birliyi də bu cəmiyyətin bir parçası olaraq daim nümunəvi addımlar atmış, üzvlər nizam-intizam qaydalarına məxsusi həssaslıqla yanaşmışlar”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İntizam Komissiyasının sədri, sabiq dövlət qulluqçusu Nüsrət Paşayev deyib. #TAİB-in uğurlardan fəxrlə danışan komissiya sədri bildirib ki, təşkilat yaradılandan bu günə qədər komissiyaya kənardan heç bir şikayət daxil olmayıb.
“Təbii ki, iş olan yerdə, qaynar fəaliyyət olan yerdə mütləq problem də olacaq, şikayət də. Bizə kənardan heç bir şikayət daxil olmayıb. Daxildə cüzi problem və şifahi şikayətləri İdarə Heyətinin iclaslarında yoluna qoymuşuq. Ümidvaram ki, belə da davam edəcəyik. Çünki TAİB platformasına türk dünyasının müdrik ağsaqqalları, ziyalı və ictimai fəallar cəmləşib. #TAİB-in addımları dövlətimizin türk dünyasıyla bağlı prioritet məsələlərinə dəstək amaclıdır. İntizamlılıq isə məsuliyyətimizin birinci bəndidir”,- deyə Nüsrət Paşayev vurğulayıb.