Avropanın Azərbaycan və Türkiyəyə yanaşması çox fərqli olacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hulusi Kılıç: Avropanın enerji açarı Türkiyə ilə can Azərbaycanın “cibində”dir

BAYRAQDAR MEDİA – “Avropanın enerji açarı Türkiyə ilə can Azərbaycanın “cibində”dir. Rusiya ilə Ukrayna arasındakı müharibə Avropanın enerji təhlükəsizliyinin aktuallığını ortaya qoydu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Avropa Rusiyadan qaz ala bilmədiyi üçün bu qış çox pis durumla üzləşə bilər: “Buna görə də son dövrlər Qərbin, Avropanın gündəmində olan əsas məsələ enerji təhlükəsizliyi, Avropanın qışda qaza olacaq tələbatının necə ödəniləcəyidir”.

H.Kılıç qeyd edib ki, məhz belə bir məqamda Azərbaycanın və Türkiyənin önəmi bir daha ortaya çıxır: “Astana zirvəsində Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin bir enerji, qaz mərkəzi olacağını açıqlaması dünyanın diqqətindən yayınmadı. Bu açıqlama Türkiyənin strateji əhəmiyyətini daha da artırıb. Xatırlatmaq yerinə düşər ki, bundan üç ay öncə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Layen Azərbaycana səfəri çərçivəsində Avropaya qaz nəqlinin artırılması üçün cənab Prezidentdən acizanə xahiş etmişdir. Səfər zamanı Azərbaycan ilə Avropa Birliyi arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa Birliyi arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdı. O səfər çərçivəsində xanım Ursula fon der Layen Azərbaycanın Orta Asiya ölkələri üzərində böyük təsirinin olduğunu və məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirmişdi”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR