" />

TAİB GT üzvü Talib Zeynalov: “Həyatımın ən unudulmaz gününü yaşadım -Prezidentimə minnətdaram”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Bir gün Türk tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin yaşandığı günü doğma Xocalıya səfər edəcəyim heç ağlıma da gəlməzdi. Allah nəsib etdi ki, bu günü böyük, qalıb sərkərdə, möhtərəm prezidentimlə birgə vəhşətin yaşandığı o müqəddəs torpağa getdim”.

Bu sözləri Türk Ağsaqqalları Birliyi Gənclər Təşkilatının idman komitəsinin sədri, dünya çempionu Talib Zeynalov Ağsaqqallar.com saytına açıqlamasında deyib.

O, bildirib ki, numayəndə heyətində təmsil olunduğunu biləndə sevincdən kövrəlib.

“Səfər təəssüratlarımı dilə gətirməkdə çətinlik çəkirəm. Doğma yurdlara 30 illik həsrətdən sonra ayaq basmaq duyğuların kuliminasiyasıdır. Əvvəlcə, Ağdama səfər etdik. Sonra isə Xocalı şəhərinə. Xocalı səfərində möhtərəm prezidentimiz də bizimlə eyni avtobusda idi. Sadəliyi, səmimiliyi və mehribançılıgı gənc qəlbimi riqqətə gətirirdi. Xocalı şəhərində sakinlərlə görüşən prezidentimiz sevinclə, alqışlarla qarşılandı. Cənab prezident Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra, rayon ictimaiyyətinin nümayəndələri ilə birgə aparılan abadlıqla taniş olduq. Qarabağın hər yerində tikinti, abadlıq işləri geniş vüsət alıb. Mən bir gənc olaraq dövlətimlə, prezidentimlə və bu torpağın övladı olmaqla bir daha qürur duydum. Bu səfər mənim həyatımda yaşanan və xoşbəxt olduğum ən gözəl, heç vaxt unutmayacağım gün oldu. Allah dövlətimizi, xalqımızı qorusun. Mən fəxr edirəm ki, qalıb sərkərdənin, böyük liderin əsgəriyəm. Azərbaycan Respublikasına xidmət etməkdən qürur duyuram”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR