“Sivil Toplum” Monitorinq Koalisiyası YAP Sədrinin müavini Tahir Budaqovla görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

01 fevral 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri), Qormaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşüblər. Görüşdə həmsədrlər “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, müşahidə missiyası, seçki prosesində Koalisiyanın həyata keçirəcəyi fəaliyyətlər barədə məlumatlar veriblər. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov fevralın 7-də keçiriləcək prezident seçkilərinin önəmini diqqətə çatdırıb, seçki mühiti, seçkilərin bu mərhələsinə olan vəziyyət barədə danışıb. Görüşün sonunda seçkilərin demokratik azad, ədalətli və şəffaf keçirilməsi naminə hər kəsin, istər siyasi partiyaların, istər bitərəf müşahidəçilərin, istərsə seçicilərin maksimum səy göstərməsinin vacibliyi xüsusi vurğulanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR