Mikayıl Cabbarov israilli nazirlə müzakirələr aparıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik edib.

Bu barədə Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”, – deyə nazir qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR