" />

Kitabxanaya “Xalqın danışan dili – Əli Tudə” məqaləsi təqdim edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” və “Yubileylər silsiləsi” layihələrinə görkəmli şair Əli Tudənin 100 illiyi ilə əlaqədar “Xalqın danışan dili – Əli Tudə” məqaləsini təqdim etdi.

Nüşabə Məmmədlinin “Xalqın danışan dili – Əli Tudə” adlı məqaləsində müəllif qeyd edir ki, hər dəfə kimin haqqındasa yazmağı qərara alanda ilk növbədə həmin obrazı gözünün önünə gətirir, xəyalən onunla söhbətləşir. Yazıçı məqaləsində böyük şairimiz Əli Tudənin həyat və yaradıcılığına maraqlı ekskurs edir. “Mən nə gətirdim?”, “Sərhəd” şeirlərinin maraqlı təhlilini verir. N.Məmmədli şairin övladları – qızı Rəna xanımla, oğlu Natiq müəllimlə görüşünü, rəfiqəsi hüquqşünas Məlahət Qurbanovanın dəstəyini və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovanın köməyini xüsusi ilə qeyd edir.

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında və kitabxana filiallarında  tanınmış şair  Əli Tudənin 100 illiyi ilə əlaqədar kitab sərgiləri təşkil olunub.

Məqalə aşağıdakı keçiddə verilib:

https://drive.google.com/file/d/1narCiWPSwJty9vE2R1HcXSKhwq8_ZJAJ/view

Kitabxanaya “Xalqın danışan dili – Əli Tudə” məqaləsi təqdim edilib
Kitabxanaya “Xalqın danışan dili – Əli Tudə” məqaləsi təqdim edilib
Kitabxanaya “Xalqın danışan dili – Əli Tudə” məqaləsi təqdim edilib

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR