Tacir Səmimi:”BİR GÖRÜŞ, BİR TANIŞLIQ”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Haqq öz yerini tapır, həqiqət həmişə üzə çıxır, onu sevənlərin könlünü alır,

adamları işıqlı gələcəyə aparır, ümidləndirir. Qərbi Azərbaycan icmasının yaradılması

da zərurətdən, həqiqətdən qaynaqlandı. Beləcə onun Amasiya icması da yaradıldı.

Amasiya icmasının ilk toplantısında boylu-buxunlu, mehriban, xoş görünüşlü bir

nəfərlə rastlaşdım. Onun üzündəki təbəssüm, gözlərindəki parıltı, danışığındakı səmimiyyət məni özünə cəlb etdi. Öz-özümə dedim:

– Mən bunu harda nə vaxt görmüşəm – xatırlaya bilmirəm. Yox, bu, hər kimdisə

mən onu tanıyıram… Sadəcə aradan illər keçib…

Sən demə, yanımda əyləşən dostum, yəni Səfər Əhmədbəyli (əslən Oxçoğlu kəndindəndir) nə düşündüyümü anlayıbmış. Gülümsündü kişi.

– Demək, sən bu cavan oğlanı tanımadın?

– Xatırlaya bilməsən də tanış gəlir, amma…

– Sənin Hüseyn dayının nəvəsi Anardı, Anar Hüseynov. ADPU-nun tarix fakültə-

sini, daha sonra Qərb-Kaspi Universitetinin politologiya fakültəsini bitirib. 2003-cü

ildən Zəngilanın 5 saylı orta məktəbində tarix müəllimi işləyir.

Anar müəllim müxtəlif məsul vəzifələrdə (“Riyad” Mühafizə Xidmətinin Sumqayıt üzrə şəhər şöbəsinin rəis müavini, “Alov” Mühafizə Xidmətinin Saray şöbəsinin

rəisi) işləyib. O həm də Tarixi Araşdırmalar Qurumunun təsisçisidir. Anar müəllimin

indiyə qədər iyirmiyə qədər məqaləsi işiq üzü görüb.

– Deyirəm axı… Bəli, aradan uzun illər keçib. Biz müəyyən səbəblər üzündən

görüşə bilməmişik.

Bu tanışlıq aramızda isti münasibət yaratdı.

– Müəllim, mənim sizə bir neçə sualım var. Bilirəm, Qoncalıda neçə il müəllim

işləmisiniz. Maraqlıdır, orda balaca bir erməni qəbiristanlığı vardı – kəndin qurtaraca-

ğına yaxın yerdə. Amma orda niyə müsəlman qəbiristanlığı yoxdu? Bu haqda nə deyə

bilərsiniz?

Anarın bu sualı məni bir anlıq ötən günlərə apardı. O yerləri xatırlayıb könül qu-

şum o doğma dağa-daşa uçub getdi. Handan-hana özümə gəlib dilləndim:

– Düz deyirsən, Qoncalıda kiçik bir erməni qəbiristanlığı vardı. Amma burada

qədim müsəlman qəbiristanlığı da olub. Bu qəbiristanlıq kəndin girəcəyində, Balaca

təpənin ətəyində yerləşirdi. 1921-ci ildə Qoncalının əhalisi elliklə Türkiyəyə pənah

apardığından kənd boş qaldı. 1924-cü ildə Türkiyədən gələn axbarlar (Türkiyədən gə-

lən ermənilərə belə deyirdilər) burda binə bərkitdilər. Kənddəki o balaca qəbiristanlı-

ğın da tarixi qədim deyil.

…Ermənilər müsəlman qəbiristanlığındakı baş daşlarını, sinə daşlarını, sənduqə-

ləri söküb divarlara hördülər, donuz damlarında sal kimi istifadə etdilər. Beləcə qədim

qəbiristanlıqdan əsər-əlamət qalmadı. Bəli, ermənilər belədir, hara getsələr orada özm murdar izlərini qoyur, qara ləkələrini tarixin vərəqlərinə yaxırlar… Bunu indi də görməmək mümkün deyil. Gözəl Qarabağımızın düşmən əsarətindən azad olunan yurdy yerlərimizdə, kəndlərimizdə abadlıqdan heç nə qalmamışdır. Erməni vandalizmi arxasında xarabalıq qoyub. Şükür Allaha ki, xalqımızın gücü, iradəsi, halal zəhməti sayəsində Qarabağımızın gözəlliyi özünə qayıdır, abadlıq işləri aparılır. “Söz sözü çəkdi, arşın bezi”.

– Bu nə deməkdir müəllim?
– Yadıma Təzə İbiş kəndinin qədim qəbiristanlığı düşdü. Vaxtilə bu kəndin yaxınlığındakı Şiştəpənin arxasında qədim oğuz qəbiristanlığı olub. Onu da ermənilər yox
eləyiblər. Məzartəpənin üstündə yerləşən qəbristanlıq sonralar salınıb.
– Bəs İbişə niyə yaşlılar “Təzə İbiş” deyirlər?
– Qarsda da bir İbiş var. Daha doğrusu, Akyaka ilçəsinin İbiş kəndi. Ona “Köhnə
İbiş”, bu birinə “Təzə İbiş” deyirdilər. Bu ifadəni həmişə yaşlılar işlədiblər.
Bir görüş, bir tanışlıq mənə ötən-keçəni, doğmaları, doğma yer-yurdu xatırlatdı.
Beləcə Anar Hüseynovla yaxın münasibətim yarandı. Onun içində olduğumuz bu ayın
24-də anadan olduğunu yadıma salıb bu gənc tədqiqatçı-yazarı təbrik edir, ona yeniyeni uğurlar arzulayıram.

Tacir SƏMİMİ, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR