" />

Peşə təhsili və karyera region gəncləri arasında təbliğ olunur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gəncləri arasında peşə təhsilinin təbliği və karyeranın inkişafı akademiyası” layihəsi çərçivəsində 09-25 yanvar 2024-cü il tarixlərində Qəbələ və İsmayıllı rayonlarında tədbirlər keçirilib.

Tədbirlərdə ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.

Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.

Layihənin eksperti, Qəbələ DPTM-nin direktor müavini Reyhan Məmmədova tərəfindən peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin prespektivləri, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. üzrə geniş təqdimatla çıxış edib.

Layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində infoturlar həyata keçirilib. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olublar, master-klasslarda iştirak ediblər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.
Mərkəzlərdə həm turizm, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrların hazırlanması haqda ətraflı məlumat verildikdən sonra Qəbələ DPTM-nin və İsmayıllı DPTM-nin uğurlu məzunları peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini veriblər və uğur hekayələrini danışıblar.
Layihə çərçivəsində 09, 10, 11, 23, 24 və 25 yanvar 2024-cü il tarixlərində həyata keçirilmiş tədbirlərdə Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən 6 ümumtəhsil məktəbindən 300-dən çox şagird iştirak etmişdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR