Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu birgə layihələr reallaşdıracaqlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumunun birgə layihələri Türk xalqlarının qədim mədəniyyətinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Ankaraya səfəri çərçivəsində Türk Tarix Qurumunun rəhbəri Birol Çətin ilə görüşündə ətraflı danışılıb.
Görüş zamanı Türk dünyasının tarixi və mədəni irsinin qorunmasının, daha dərindən öyrənilməsinin və tədqiqinin mühüm əhəmiyyətinə toxunulub.
Tərəflər fəaliyyətlərinin oxşar istiqamətləri, o cümlədən ümumtürk irsinin bərpası yönündə təcrübələrini bölüşüblər. Türk Tarix Qurumunun arxeoloji çalışmalara verdiyi dəstək, eləcə də Fondun müxtəlif xarici ölkələrdə məskunlaşmış azsaylı türk etnik köklü xalqlarla bağlı layihələri yüksək qiymətləndirilib. Bildirilib ki, Fond ilə Qurumun birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr Türk xalqlarının qədim mədəniyyətinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək.
Görüş qarşılıqlı əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.
Sonda Birol Çətin Fondun prezidentinə Türk Tarix Qurumunun bir sıra nəşrlərini təqdim edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR