Milli Qəhrəmanın xatirəsi yad edilib
Yanvarın 28-də Buzovna qəsəbəsində Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinə həsr olunan xatirə anılma Kompleksində və Bakıda Səhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Viktor Servoginin mərasimi keçirilib.
Mərasimdə iştirak edən Xəzər RİH-in məsul işçiləri, Qarabağ müharibəsi veteranı Teymur Həşimov, Məmməd Əliyev, Xəzər rayonu Buzovna inzibati ərazi dairə üzrə nüməyəndəsi Emin Əliyev, müavini Vüqar Sadıqov və İçtimaiyyət nümayəndələri qəhrəmanın layiqli həyat yolundan, vətən qarşısında unudulmaz xidmətlərindən danışmışlar.
Milli Qəhrəmanın həyat yoldaşı Qalina Mixaylovna Seryogina və qızı Oksana ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə dərin minnədariəqlarını bildirmişlər. Məhz Prezidentin tapşırığı ilə onlar qaynar nöqtədən – Xarkovdan Bakıya təxliyə olunmuşlar. Mənim atam, pilot Viktor Vasilyeviç Seryogin dinc sakinləri qaynar nöqtələrdən daşıyarkən erməni terrorçuların açdığı atəş nəticəsində şəhid olmuşdur. Azərbaycan dövləti milli qəhrəmanlarımızın, bütün şəhidlərimizin xatirəsini hər zaman əziz tutur, onların ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Azərbaycan xalqının tolerantlığı, bizə göstərilən diqqət və yardım əsi qəhrəmanlıq nümayişidir”, – deyə Oksana Seryogina vurğulayıb.
1944-cü il martın 23-də Tiflisdə doğulmuş Viktor Servogin 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsində MI-2 vertolyotuna pilot təyin edilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti var. Dəfələrlə medal və ordenlərlə təltif olunub. Birinci Qarabağ müharibəsi dövründə pilot Viktor Seryogin sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarıb, düşmənin postlarına od ələyib. O, Ağdərə, Şuşa, Ağdam istiqamətlərində qəhrəmanlığı ilə tanınır.
Bundan əlavə, idarə etdiyi helikopterlə dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşıyıb.
1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində növbəti təxliyə uçuşu həyata keçirərkən Viktor Seryoginin İdarə etdiyi, göyərtəsində dinc sakinlərin olduğu Mi-8 mülki helikopteri düşmən tərəfindən şiddətli raket atəşinə məruz qalıb. Lakin təcrübəli pilot alova bürünmüş helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdırıb və vertolyotu təhlükəsiz əraziyə endirərək yaşayış məntəqələrində insanların tələf olmasının qarşısını ala bilib. Özü isə heyətlə və 47 sərnişinlə birlikdə həlak olublar.
1992-ci ilin noyabrında Viktor Seryoginə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Azerbaijan-news.az