" />

“İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək yol xəritəsini müəyyənləşdirir” – Nicat Dağlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Cənab Prezidentin Türk Dövlətləri Təşkilatı barədə hər açıqlaması bu birliyin gələcəyi barədə qarşımızda daha aydın mənzərə yaradır”.

Bunu Teleqraf.com-.a açıqlamasında Türk Ağsaqqalları Birliyi – TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar deyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevlə görüşdə səsləndirdiyi fikirlərə diqqət yönəldən TAİB rəsmisi qeyd edib ki, İlham Əliyevini kifayət qədər dərin mətləblərə söykənən fikirləri və Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında aparıcı rol oynaması sözügedən təşkilatın yaxın gələcəkdə daha əhatəli və daha açıq konturlara malik konsepsiyaya söykənəcəyinə dair gözləntilər yaradır:

“Qarşıdan Türk Dövlətləri Təşkilatının zirvə görüşü gəlir. Gələn ay Səmərqənddə keçiriləcək bu ali toplantıda məsələlərə daha geniş aspektdən və İlham Əliyevin Bağdat Amreyevlə görüşdə göstərdiyi istiqamətlərə uyğun baxış bucaqlarından yanaşılacağını ehtimal edə bilərik. Cənab Prezidentin Türk dünyasının müxtəlif istiqamətlər üzrə böyük potensiala malik olduğunu xüsusi vurğulamasını isə Səmərqənd görüşündə müzakirə olunacaq məsələlərin anonsu kimi də qiymətləndirə bilərik. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Bağdat Amreyevlə görüşdə dedikləri Türk Dövlətləri Təşkilatının gələcək yol xəritəsinin müəyyənləşdirilməsi baxımıdandan da xüsusi əhəmiyyətə malikdir. Konturlar göstərildi. Onların reallaşdırılması yönündə Türk dövlətləri başçılarının iradə nümayiş etdirəcəyinə şübhə edilməməlidir” – deyə, Nicat Dağlar vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR